Əlaqə Arxiv
news Image
2013.11.28
08:17
| A A A
Bakıda məişət tullantılarının tərkibində avtomat darağı və patronlar tapılıb

Bakı şəhərində məişət tullantılarının tərkibində silah-sursat aşkar edilib.


 "Təmiz Şəhər" ASC-dən APA-ya verilən məlumata görə, təhvil verilən tullantıların tərkibində 1 ədəd avtomat darağı və 101 ədəd patron tapılıb.

 

Qeyd edək ki, oxşar vəziyyət 20 noyabr tarixində də baş verib və 1 ədəd tank əleyhinə yararsız mina, 3 ədəd patron və 1 ədəd "Voltran" tipli təlim tapançası aşkarlanıb və aktlaşdırılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verilib. 


Sizin Reklam Yeriniz