Deputatların Demokratiya üzrə Dünya Forumunda iştirak edəcəkləri planlaşdırılır
Milli Məclisin deputatları Rafael Hüseynov və Sabir Hacıyev AŞPA-nın Demokratiya üzrə Dünya Forumunda iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdədirlər. Milli Məclisdən AzərTAc-a verilən məlumata görə, Forumda demokratiyanın inkişafı, vətəndaşların dövlət idarəçiliyində təmsil olunması, büdcənin formalaşmasında ictimaiyyətin rolu, seçkilərdə gənclərin fəallığı, elektron müraciətlərin araşdırılması mövzularında fikir mübadiləsi aparılacaq.
Tədbir noyabrın 29-da başa çatacaq. Deputat Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün noyabrın 30-da Parisə yola düşəcək. İclasda o, Avropanın təhlükədə olan mədəni irsi, çoxmədəniyyətli cəmiyyətlərin oxşar və fərqli cəhətləri, təhsilin keyfiyyətinin artırılması, dünya futbol qurumlarında idarəçiliyin təkmilləşdirilməsi, internetin siyasətə təsiri və digər müzakirə olunacaq məsələlərə münasibətini bildirəcək.
Səfər dekabrın 5-də başa çatacaq.