Əlaqə Arxiv
news Image
2013.11.28
12:17
| A A A
Baş nazir nəvəsini dəfn etdi - FOTO

İsmayıl Haniyənin 1 yaşlı qız nəvəsi komaya düşərək ölüb

Fələstin hökumətinin baş naziri İsmayıl Haniyə nəvəsini dəfn edib. 


Anspress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, baş nazirin böyük oğlu Adussalamın 1 yaşlı qızı Amalın beyin ölümü gerçəkləşib.

Ailəyə yaxın mənbələrin verdiyi məlumata görə, körpənin həzm sistemində problem yaranıb və o, komaya düşüb. Misir rəhbərliyinin Rifah sərhəd qapısını bağladığı üçün dünya ilə bağlantısı qopan Qəzzada tam təşəküllü xəstəxana olmadığı üçün uşaq İsrailə aparılıb. Lakin həkimlərin səyləri heç bir nəticə vermədiyi üçün o, yenidən Qəzzaya gətirilmişdi.


Körpəni babası və yaxınları bu gün torpağa tapşırıblar.


Sizin Reklam Yeriniz