Əlaqə Arxiv
news Image
2013.11.28
13:14
| A A A
Bakıda yarım milyonluq maşın satılır

"Mercedes" G 63 AMG markalı avtomobilin satış qiməti 430 min ABŞ dollarıdır

Bakıda qiyməti 430 min ABŞ dollar olan avtomobil satışa çıxarılıb. İnternetdə yerləşdirilən elanlarda göstərilib ki, "Mercedes" G 63 AMG markalı avtomobil 2013-cü ildə istehsal edilib. 


Ağ rəngdə olan avtomobilin mühərrikinin həcmi 5500 kub santımetr, gücü isə 620 at gücündə olduğu bildirilib. Benzinlə işləyən kraysler avtomat sürət qutusuna malikdir. Avtomobildə Yüngül lehimli disklər, CD-Sencer ,Yağış sensoru, Mərkəzi qapanma və kondisioner sistemləri ilə təchiz olunub. Avtomobil saatda 100 km/s-dək sürət yığmaq üçün cəmi 5,1 saniyə sərf edir. 


Qeyd edək ki, avtomobilin sahibi Full salona malik Brabusun Almaniyadan yeni gətirildiyini və Azərbaycanda bir ilk olduğunun söyləyib.

                                                                                                                                  (Ans press)


Sizin Reklam Yeriniz