Əlaqə Arxiv
news Image
2013.11.28
14:34
| A A A
Dekabrın 2-dək gözlənilən hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 2-dək ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı meteohəssas insanlara xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, dekabrın 2-dək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdləri, güclü şimal-qərb küləyinin cənub-qərb küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Noyabrın 29-da isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 11-16 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə yağıntının sulu qara və qara keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 5-10, gündüz 13-18, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz