Əlaqə Arxiv
news Image
2013.11.28
16:06
| A A A
DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərdən 150 mindən çox istifadəçi yararlanıb

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb. Bu dəfəki sorğu zamanı respondentlərə "Rüblük (illik) hesabatları və sığortaolunalar barədə məlumatları elektron formada təqdim edirsinizmi" sualı ünvanlanıb. Sorğunun nəticələrinə əsasən, respondentlərin böyük əksəriyyəti, 54,1 faizi hesabatları elektron formada təqdim etdiyini bildirib. 15,8 faiz isə köhnə qayadaya üstünlük verdiyini nəzərə çatdırıb. Sorğuya qatılanların 30,1 faizi bu sahədə qismən məlimatlı olduğunu qeyd edib. 


Bu ilin ötən dövründə DSMF-nin "Elektron  hökumət" portalına (www.e-gov.az) inteqrasiya olunan elektron xidmətlərindən, o cümlədən Fondun saytı (www.dsmf.gov.az) vasitəsilə göstərilən elektron xidmətlərindən ümumilikdə 150 mindən çox  istifadəçi yararlanıb. 


Cari ilin ikinci yarısından etibarən isə beynəlxalq praktikada ilk dəfə olaraq ilk dəfə olaraq Azərbaycanda vahid  mərkəzdən  avtomatlaşdırılmış  pensiya  təyinatı tətbiq olunmaqdadır. Bu elektron xidmət pensiyaya yeni çıxan vətəndaşların ən çox müraciət etdiyi xidmətlərdən biridir.

 

Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində DSMF-nin əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 21-ə çatdırlıb. İlin sonuna kimi bir sıra yeni xidmətlərin "Elektron hökumət" portalına inteqrasiya olunması nəzərdə tutulur.




Sizin Reklam Yeriniz