Rusiyada əlil azərbaycanlını döyməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hazırda Rövşən Kazımov polis bölməsində şübhəli şəxslə üzləşir Hazırda Rövşən Kazımov polis bölməsində şübhəli şəxslə üzləşir
Rusiyanın Zelenoqrad şəhərində avtobusla məktəbə
gedərkən 23 yaşlı bir şəxs tərəfindən vəhşicəsinə döyülən 14 yaşlı
azərbaycanlının ümumi sağlım durumu yaxşıdır, yalnız onun sol
gözündə ciddi problem aşkarlanıb. ANS PRESS-in verdiyi məlumata
görə, bunu azərbaycanlı yeniyetmənin anası Aygün Kazımova telefonla
söhbətində bildirib. Onun sözlərinə görə, hazırda uşaqla birgə
polis idarəsindədir və Rövşəni döyən Mixail adlı şəxslə
üzləşdirəcəklər. "İstintaq işini davam etdirmək üçün polis idarəsi
bu gün Rövşəni bura dəvət edib. Bir azdan Mixaillə üzləşmə prosesi
başlayacaq. Eşitdiyimə görə, üzləşməyə baxmayaraq həmin adamı
azadlığa buraxacaqlar, çünki deyilənə görə, onun bacısı polis
orqanlarında çalışır".
ANS PRESS-in "Rövşənin müalicə pulunu kim ödəyib?" sualına Aygün xanım "Bütün xərcləri Azərbaycanın Rusiyadakı səfirliyi öz boynuna götürdü. Təkcə səfirliyin əməkdaşlarına deyil, Azərbaycandan biz dəstək olan hər kəsə minnətdarlığımızı bildiririk" cavabını verdi.
Xatırladaq ki, avtobusda döyülən Rövşən qan içində olmasına baxmayaraq naməlum şəxs onun başına və qarın nahiyəsinə yumruq və təpiklə vurmaqda davam edib. Qadın sərnişinlərdən biri əlil azərbaycanlını rusun əlindən almağa çalışsa da, buna nail ola bilməyib. İnsidentin qarşısı yalnız avtobus dayanacağında növbə çəkən polislər işə qarışdıqdan sonra alınıb.