Taylandda başlayan anti-hökümət etirazları bugun 6-cı gününə keçir. Nümayişçilər ordu qərargahlarına zor gücüylə daxil olmağa çalışıb. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. Çox sayda etirazçı partiya qərargah binasının ətrafına toplaşaraq hökümətin geri çəkilməsi üçün təzyiq göstərməyə başlayıb. Cümə axşamı Xarici İşlər Naziri Yinqluk Şinavatra nümayişçiləri etirazları dayandırmağa çalışıb. Lakin nümayiş lideri Sathep Thauqsuban məhkəməyə getməyi rədd edib. "Biz onların fəaliyyətlətini davam etdirməklərinə icazə verməyəcəyik" bu sözləri keçmiş baş müxalifət lideri cümə axşamı etdiyi çıxışında deyib. Hərbi qadın spikerlərindən biri Fransa Mətbuatına, Bankoknqdakı qərərgahın boşaldıldığını bildirib. Pheu Thai partiya qərargahı təhlükəsizlik tədbirlərini artırıb. Nümayişçilər milli polis qərargahının elektrik kabellərini kəsibvə Tayland cinayətlə mübarizə agentliyinin binasının boşaldılması üçün təzyiq göstəriblər. Etirazçılar hökümətin Prezidentin qardaşı Thaksin Şinavatra tərəfindən idarə olunmasını tələb edirlər.