Əlaqə Arxiv
news Image
2013.11.29
11:42
| A A A
Azərbaycanda onkoloji xəstəliklərdən ölüm göstəricisi

Son statistik məlumatlara görə, Azərbaycan onkoloji xəstəliklər və xəstələrin sayına görə dünyada orta yerdədir. Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov deyib. Ə. Əmiraslanov bildirib ki,  bu sahədə qeydə alınan göstəricilər bütün ölkələrdən nə yüksək, nə də aşağıdır. Onun sözlərinə görə, Azərbaycanda onkoloji xəstələnmə göstəriciləri MDB məkanına nisbətən aşağı yerdədir: "Amma onkoloji xəstəliklərdən ölüm göstəricilərinə gəldikdə, Azərbaycan MDB ölkələri arasında 3-4, bəzən isə 2-ci yeri tutur. Son illər Azərbaycanda onkologiya sahəsinə böyük diqqət yetirilir. Prezidentin sərəncamları ilə maddi-texniki baza və kadr potensialı cəhətdən son dərəcə geniş imkanlara malik olan onkoloji mərkəz qurulub və müasir avadanlıqla təmin olunub. Kadr potensialının genişləndirilməsi baxımından da ciddi işlər görülür. Bakıda fəaliyyət göstərən digər klinika isə Azərbaycan Tibb Universitetinin Onkologiya Mərkəzidir. Bu mərkəz nisbətən bir az kiçikdir və cəmi 100 çarpayısı var. Amma burada da xəstələrin optimal müalicəsi bütün şərait yaradılıb".

Sizin Reklam Yeriniz