"Suriya ətrafındakı qaçqın kimi yaşayan məktəb çağındakı uşaqlar getdikcə təhsildən daha çox uzaqılaşır, aşağı maaşla saatlarda işləməyə məcbur edilir", BMY-in hesabatında belə deyilir. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir. Qaçqınlar üzrə Birləşmiş Millətlər Ali Kommissarlığı bildirir ki, Livan və İordaniyada yaşayan təxminən 300.000 uşaq 2013-cü ilin sonuna kimi təhsilsiz qala bilər. Onların çoxu artıq 7 yaşdan məktəgb əvəzinə işə gedirlər. BMT-in hesabatına görə, Suriya qaçqınlarının təxminən 2.2 milyonunu dəhşətli təhlükələrlə üzləşən uşaqlar təşkil edir.Bu təhlükələrə fiziki və psixi sağlamlıq problemləri daxildir, hesabat rəsmiləri belə deyir. Araşdırma Suriya sərhədləri daxilində və xaricində yaşayan uşaqlar üzərində 3 yaşlı vətəndaş müharibənin ağır təsirlərini göstərir. Suriya vətəndaş müharibəsində təxminən 11.000 uşağın həlak olduğu deyilib. Təxminən 70.000 Suriyalı mühacir ailəsi hazırda atasız qalıb, 3.700 qaçqın ailəsi uşaqları isə hər iki valideyinini itirib. Hazırda 1.1 milyon gənc Suriyalı qaçqın var. Onlardan 385.007-si Livanda, 294.304-ü Türkiyədə, 291.238-i İordaniyada, olduqca böyük hissəsi isə İraq və Misirdədir.