Paytaxtda yeni il öncəsi reydlərə başlanılacaq-Özəl
Dekabr ayının 10-dan etibarən Bakı Şəhər İcra Hakimiyyətinin (BŞTX)
Ticarət və Xidmət Departamenti Bakı şəhər Baş Polis İdarəsinin
ictimai təhlükəsizlik şöbəsi ilə birgə pirotexniki vasitələrin
satışı ilə bağlı reydlərə başlayacaq. Bu məlumatı Movqe.az-a
Departamentin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovverib.Ə.
Bağırov bildirib ki, pirotexniki vasitələrin satışına qarşı
tədbirlər ilboyu keçirilir: "Lakin yeni ilin gəlişi ilə əlaqədar
priotexniki vasitələrin satışı daha geniş vüsət alır. Odur ki,
dekabr ayının 10-dan etibarən Bakı şəhər Baş Polis İdarəsinin
ictimai təhlükəsizlik şöbəsi ilə birgə pirotexniki vasitələrin
satışı ilə bağlı reydlərə başlanacaq. Buradan valideynlərə də
səslənirik ki, uşaqlarını "zırpaket" adlandırılan priotexniki
vasitələri almaqdan çəkindirsinlər".
Qeyd edək ki, hər il yeni il öncəsi pirotexniki vasitələr müəyyən qədər satışdan yığışdırılsa da, problemi tam həll etmək olmur. Yeni il öncəsi bu cür təhlükəli oyuncaqların satışı yenidən bərpa edilir. Xatırladaq ki, priotexnik vasitələrin satışı 2001-ci ildən qadağan edilib.