Əlaqə Arxiv
news Image
2013.11.29
13:05
| A A A
Paytaxt bəzədiləcək
Paytaxtın yeni ilin gəlişi ilə bağlı bəzədilməsinə dekabrın 10-dan sonra başlanılacaq. Bu məlumatı Movqe.az-a Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.Ə. Bağırov bildirib ki, Yeni İl ərəfəsində Şaxta Baba işləmək istəyənlərdən müraciətlərinin qəbuluna da dekabrın 10-dan sonra start veriləcək. Müraciətlərin qəbulu   dekabrın 25-də başa çatacaq. Bu Yeni İldə də paytaxtın baş, Yeni İl yolkası Hökumət Evinin qarşısında qurulacaq.
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti paytaxtın park və meydanlarında (Dənizkənarı Bulvar) istisna olunmaqla Şaxta Babaların xidmət göstərməsinə icazə verir. Dənizkənarı Bulvarda Şaxta babalara lisenziyanı Dənizkənarı Bulvar İdarəsi, tədbirlərə və karnavallara qatılan səyyar Şaxta babalara isə Mədəniyyət və Turizm Nazirliyi icazə verir.
Sizin Reklam Yeriniz