AZAL təhlükəli təyyarələri almaqda israrlıdır
Məhərrəm Səfərli: "“Bu təyyarələrin uçuşlar üçün təhlükəsiz olduğu yoxlanılıb"
Bir müddət əvvəl Rusiyada baş verən dəhşətli təyyarə qəzası
aviaşirkətlərin "Boinq-737"sərnişin təyyarəsinə olan etibarı
azaltsa da, Azərbaycan Hava Yollarında "Boeing" təyyarələrindən
istifadə etməkdə israrlıdır. Bu sözləri Movqe.az-a "Azərbaycan Hava
Yolları" QSC (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli
deyib. M. Səfərli Movqe.az-a açıqlamasında bildirib ki, hazırda
Azərbaycan AZAL "Boeing 757 və 767 " təyyarələrindən istifadə
edir: "Bu təyyarələrin uçuşlar üçün təhlükəsiz olduğu yoxlanılıb.
"Boeing 787" təyyarəsinin alınması qərarı verilib. Ola bilər ki,
Rusiya üçün bu təyyarə təhlükəli hesab olunur. Amma biz bu
təyyarələrin təhlükəsizliyinə güvənirik".
Qeyd edək ki, 2014-cü ilə AZAL-ın "Boeing" şirkəti ilə müqaviləsi əsasında ilk dəfə olaraq MDB dövlətləri arasında Azərbaycana "Boeing 787 Dream 67" layner təyyarəsi gətiriləcək. Və Azərbaycan "Boeing 787 Dreamliner" təyyarələrinə cəmi 180 milyon dollar xərcləyəcək. 2014-cu ildə alınacaq "Boeing 787 Dreamliner"lərin hər biri 212 sərnişin daşıyacaq. Bu təyyarələrin özəlliyinə gəlincə, onların çəkisi digərləri ilə müqayisədə çəkisi azdır ki, bu da yanacaq sərfiyyatının az olması deməkdir.
Bu təyyarələr gətirildikdən sonra AZAL Pekin, Banqkok, Şanxay şəhərlərinə uçuşları planlaşdırır. Amerikaya birbaşa uçuşlar isə 2014-cü ildən "Boeing 787" tipli təyyarə ilə həyata keçiriləcək. Xatırladaq ki, artıq dəfələrlədir ki, "Boeing 787 Dreamliner" təyyarələri aviaşirkətlərin etibarını doğrultmayıb. Bu üzdən ABŞ hökuməti ötən il ölkədə fəaliyyət göstərən aviaşirkətlərin "Boeing 787 Dreamliner" təyyarələri ilə həyata keçirdiyi uçuşların müvəqqəti olaraq dayandırılmasına dair sərəncam verib. Buna əsas səbəb isə sözügedən avialaynerlərdə yaranan problemlərin artması olub. ABŞ-la yanaşı Yaponiya, Hindistan və Çili də bu təyyarələrlə uçuşları dayandırıb. Qəzaya düşən "Boeing 737-500" tipli təyyarə ilə bağlı daha bir mənfi rəy isə bu yaxınlarda yaranıb. Təyyarənin Rusiyada qəzaya uğraması Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanovun da həyatına son qoyub. Təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.Bu hadisədən sonra Rusiya da "Boeing" təyyarələrindən imtina edib.