Əlaqə Arxiv
news Image
2013.11.29
15:54
| A A A
Bir “like”dən nələr qazanmadı... – Azərbaycanda

"Elektron hökumət" portalının rəsmi Facebook səhifəsini bəyənən istifadəçilərin sayı 100 000 nəfəri keçib. 



Movqe.az xəbər verir ki, "Elektron hökumət" portalının rəsmi Facebook səhifəsinin idarə heyəti rəmzi olaraq 100 000-ci istifadəçini müəyyən edib. Sözügedən səhifəni bəyənən 100 000-ci istifadəçi Rəcəb Feyzullayevdir.


Rəcəb Feyzullayev 100 000-ci istifadəçi seçilməsi münasibətilə "Elektron hökumət" portalının yerləşdiyi müəssisəyə  dəvət edilib. 29 yaşlı Rəcəb Feyzullayev Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin həm bakalavr, həm də magistr dərəcəli məzunudur. Hazırda isə paytaxtdakı avtomobil mərkəzlərinin birində satış meneceri kimi fəaliyyət göstərir. Rəcəb Feyzullayev bildirib ki, o, aktiv internet istifadəçisidir. Səhifənin 100 000-ci istifadəçisi olan Rəcəb Feyzullayev "Elektron hökumət" portalından hədiyyə olaraq kitabça, e-imza kartı və kart oxuyucu, azdatacom internet  provoyderindən 1 illik pulsuz internet paketi və Planşetlə mükafatlandırılıb. 


Daha sonra Rəcəb Feyzullayev fikirlərini internet istifadəçiləri ilə bölüşüb: "Bir neçə il bundan qabaq ABŞ-da idim. Orada insanların elektron xidmətlərdən istifadəsini görəndə, fikirləşirdim ki, görəsən Azərbaycanda  də belə bir gün gələcəkmi ki, insanlar növbələrdə günlərlə əziyyət çəkməsinlər, hər şey rahat və operativ şəkildə online yolla həll edilsin. Nəhayət ki, bu imkan bizim vətənimizdə də yaradıldı. Son bir neçə aydır ki, Azərbaycanda dövlət qurumları tərəfindən "Elektron hökumət" portalınında təqdim olunan elektron xidmətlərdən böyük məmnuniyyətlə istifadə edirəm. Yalnız bunuda qeyd etmək istəyirəm ki, bir çox xidmətlər var ki, onları da Portalda görmək istərdim. "Elektron hökumət" portalının bütün əməkdaşlarına  uğurlar arzu edirəm və bu cür sürpriz mükafatlandırma üçün təşəkkürümü bildirirəm".


Sizin Reklam Yeriniz