Əlaqə Arxiv
news Image
2013.11.29
16:51
| A A A
Azərbaycan Dövlət Neft Fondunun 2014-cü il üçün büdcə layihəsi prezidentə təqdim olunub

Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan "APA-Economics"ə verilən məlumata, Azərbaycanın baş naziri, Fondun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda ARDNF-in 2014-cü il üçün büdcə layihəsi müzakirə olunub.

İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2014-cü il üçün büdcə layihəsinə, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-in icraçı direktoru tərəfindən təqdim edilən məlumatlara baxılaraq, Fondun 2014-cü il büdcəsinin gəlirlərinin  11 626 943,4 min manat, xərclərinin 11 349 934,8 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin  58 140,0 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb. Müvafiq olaraq Fondun 2014-cü il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması tövsiyə edilib.

Sizin Reklam Yeriniz