Əlaqə Arxiv
news Image
2013.11.30
16:00
| A A A
Paytaxtın bəzi yolları yenidən bağlanacaq
Sabahdan Bakının bəzi əsas yollarında avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq. Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib. V.Əsədov bildirib ki, YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyası və Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyinin keçirilməsi ilə əlaqədar olaraq paytaxtın Səbail, Nəsimi, Yasamal və Nərimanov rayonlarının ərazilərində yerləşən hotellərin istiqamətində, eləcə də Heydər Əliyev Sarayı, "Gülüstan" Sarayı, İçərişəhər, İncəsənət və Xalça muzeyləri, Heydər Əliyev Mərkəzi və Qobustan Milli Tarix-Bədii Qoruğu, "Atəşgah məbədi" qoruğu istiqamətində fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq. YUNESKO-ya üzv olan 180 ölkədən olan nümayəndə heyətinin iştirakı ilə Bakıda keçiriləcək tədbirin beynəlxalq səviyyəli olduğunu, eləcə də tədbirlərin keçirildiyi hərəkət marşrutu üzrə təhlükəsizliyin təmin edilməsi məqsədilə dekabrın 1-dən 8-dək, tədbir tam başa çatanadək avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamətlər dəyişdiriləcək. Bakı yol polisi sürücülərdən xahiş edir ki, göstərilən müddətdə ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.
Sizin Reklam Yeriniz