Əlaqə Arxiv
news Image
2013.12.02
10:18
| A A A
Ukrayna müxalifəti Nazirlər Kabinetinin binasını mühasirəyə alıb

Kiyevin Müstəqillik Meydanında gecələyən müxalifət tərəfdarları bu gün səhər Nazirlər Kabinetinin binasına yürüş ediblər.


APA-nın "İnterfaks"a istinadən verdiyi məlumata görə, təxminən 5-6 min mitinqçi hökumət binasının qarşısına gələrək "Banda – get!" deyə qışqırmağa başlayıblar. Müxalifət fəalları hökumət binasının bütün girişlərini, eləcə də Milli Bankın binasını nəzarətə götürüblər.    

 

Yürüşün başında gedən sabiq daxili işlər naziri Yuri Lutsenko iştirakçılara aksiyanın dinc xarakterli olduğu barədə xəbərdarlıq edərək təxribatlara uymamağa çağırıb.

 

Nazirlər Kabinetinin həyətində "Berkut" xüsusi təyinatlı milis dəstəsi əməkdaşlarının olduğu avtobuslar gözləyir. Onlar hələlik aksiyaçılara qarşı hər hansı tədbir görmürlər. 

 

Qeyd edək ki, bazar günü Müstəqillik Meydanında yüz minlərlə insanın iştirakı ilə keçirilən aksiyada Nikolay Azarovun başçılıq etdiyi Nazilər Kabinetinin istefaya getməsi tələb olunub. 


Sizin Reklam Yeriniz