Əlaqə Arxiv
news Image
2013.12.02
10:37
| A A A
«Azərbaycanda Mobil Nömrələrin Daşınmasına ilin əvvəlindən başlanacaq»

Azərbaycanın mobil rabitə xidmətləri sektorunda Mobil Nömrələrin Daşınması (Mobile Number Portability - MNP) prosesinə başlamaq üçün hazırlıq gedir.

Artıq gələn il yanvar 1-dən etibarən tamamilə bu sistemə keçidin həyata keçirilməsi nəzərdə tutulub. Bunu "APA-Economics"ə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq mobil operatorlarla bu istiqamətdə danışıqlar gedir: "İstehsalçı şirkətlər də avadanlıqlarla təchiz edilib. Artıq yanvarın 1-dən mobil nömrələrin daşınması xidmətinin tamamilə başlanmasını gözləyirik. Hazırlıq işlər yüksək səviyyədə görülür və həmin vaxta qədər bunu çatdıracağıq".


Sizin Reklam Yeriniz