Əlaqə Arxiv
news Image
2013.12.02
11:22
| A A A
Millət vəkili QHT rəhbəri ilə görüşdü

Azərbaycan Respublikası Qızıl Aypara və Qızıl Xaç Komitəsinin Prezidenti, Milli Məclisin Deputatı Novruz Aslan və 12 May şirkətinin prezidenti Səbuhi Rəcəb işgüzar məqsədlə görüşüblər. Mövqe.az-ın məlumatına görə, görüşdə Qızıl Aypara və Qızıl Xaç Komitəsinin 1-ci katibi  Bayram Vəliyev, eləcə də 12 May şirkətinin direktoru Pərviz Əzimzadə iştirak ediblər. Görüşün məqsədi hər iki qurumun 2014-cü il üçün birgə ərsəyə gətirəcəkləri layihələrin həyata keçirilməsinin müzakirəsi olub. Hər iki tərəf qarşiliqlı razılaşmaya gələrək yeni ildə əsasən xeyriyyə tədbirlərinin təşkili barədə söhbət ediblər. Bu tədbirlər silsiləsinə ahıllara, kimsəsiz uşaqlara, aztəminatlı ailələrə və s. yardım nəzərdə tutulub. Qeyd edək ki, hər iki qurum bu il Ahıllar günü ərəfəsində Bakıda, eləcə də Şabran, Quba və başqa rayonlarda birgə tədbirlər həyata keçirmişdilər. Bundan başqa, hər iki qurum birgə Suraxanıda aztəminatlı ailələrin uşaqları üçün tədris kursları açmışdırlar.

İlk dəfə baş tutan işgüzar görüşdən sonra hər iki qurumun prezidentləri xatirə olaraq bir-birlərinə hədiyyələr təqdim ediblər.

Sizin Reklam Yeriniz