Əlaqə Arxiv
news Image
2013.12.02
11:36
| A A A
Taylandda etirazlar səngimək bilmir - FOTOLAR
Polis və etirazçılar arasında əsas hökümət binası ətrafında yenə toqquşma baş verib

Taylandda etiraz aksiyaları davam edir. Bu haqda Movqe.Az BBC-yə istinadən xəbər verir.  Polis və etirazçılar arasında əsas hökümət binası ətrafında yenə toqquşma baş verib. Bəzi universitet və məktəblər bağlanılıb, nümayişlərin 9-cu günündə aclıq aksiyası çağırışı edilib. Həftə ərzində, etirazçılar Hökümət binasına, Xariciİşlər Nazirliyinin binasına hücüm cəhdləri edib. 2010-cu ildən bu yana Taylandda baş verən və zorakılıqla nəticələnən dəhşətli siyasi etirazlartda 4 nəfər dünyasını dəyişib. Xarici İşlər Naziri Yinqluk Şinavatranın hakimiyyətdən getməsini istəyən etirazçılar Bazar gününü "Qələbə günü"-"xalq zərbəsi" adlandırıb. Təhlükəsizlik qüvvələriylə toqquşmalarına baxmayaraq, nümayişçilər nə hökümət binasını ələ keçirə, nə də Xanım Yinqluku kürsüsündən endirə bildilər. Bazar ertəsi bəzi nümayişçilər paytaxt Banqkokdakı bəzi rəsmi binaları barikadaya almışdılar. Jurnalistlərin sözlərinə görə, bu dəfəki nümayişlərdə daha az insan olub: "Etirazçıların əsas hissəsi hələ də polisə qarşı müqavimət göstərir, lakin görünür uğursuzluğa düçar olurlar".  Ətrafa daş və evdə hazırlanmış müxtəlif partlayıcılar atan etirazçılara qarşı polis gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. AP xəbər agentliyinə verilən məlumatda Banqkokdakı 60 məktəbin bağlanıldığı deyilib. Xanım Yinqlukun vəkili Suraponq Toviçakçaikul  bir televiziya kanalındakı çıxışında hökümətin sülhü bərqərar edəcəyini deyib. O bildirib ki, Hökümət səbirli olmalı və şiddətsiz prinsiplərə əməl etməlidir". 






Sizin Reklam Yeriniz