Əlaqə Arxiv
news Image
2013.12.02
20:44
| A A A
İndoneziyada torpaq sürüşməsi baş verib

4-ü uşaq olmaqla, 9 nəfər ölüb

İndoneziyanın Şimali Sumatra əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 9 nəfər ölüb. Ölənlərdən 4-nün uşaq olduğu bildirilir. Yaxınlıqdakı Sinabunq vulkanının püskürməsi nəticəsində baş verən torpaq sürüşməsi zamanı Qundalinq kəndində onlarla ev palçıq altında qalıb. 

Hazırda xilasedicilər dağıntılar altında sağ qalanların axtarışını aparırlar. Xilasetmə işinə yüzlərlə polis, əsgər və yerli sakin cəlb olunub.


Sizin Reklam Yeriniz