Əlaqə Arxiv
news Image
2013.12.03
12:03
| A A A
Xocasən-Lökbatan yolu yenidən qurulur

Xocasən-Lökbatan yolu yenidən qurulur.

Başlanğıcını Bakı-Şamaxı yolunun Xocasən-Lökbatan yoluna birləşən hissəsindən götürməklə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 14-ci km-nə qədər uzanan yol 17,9 kilometrdir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 4 hərəkət zolağından ibarət olacaq yolda 1 ədəd yolötürücüsü, 4 ədəd bir səviyyəli dairəvi birləşmə, 1 ədəd bir səviyyəli geri dönmə, 1 ədəd piyada keçidi, müxtəlif diametrli dairəvi və düzbucaqlı boruların tikintisi nəzərdə tutulub.

Yolun 10,9 km-lik hissəsində artıq işlər başa çatdırılıb. Hazırda 7 km hissədə işlər davam etdirilir. Xocəsən istiqamətində 4 km məsəfədə asfalt işləri başa çatdırılıb, 3 km hissədə isə torpaq yatağının tikintisi yekunlaşıb. Layihə üzrə tikinti işlərinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Sizin Reklam Yeriniz