Əlaqə Arxiv
news Image
2013.12.03
13:20
| A A A
Ukrayna və AB arasındakı müqavilə böhranı səngimir
Onlarla etirazçı ilə 165 polis yaralanıb Movqe.Az xəbər verir ki, Ukraynada bir həftədən uzun müddətdir davam edən prezident Viktor Yanukoviç əleyhinə olan hərəkatlar səngimək bilmir. Hökumətin, Avropa Birliyi (AB) ilə "Tərəfdaşlıq Sazişi və Hərtərəfli Azad Ticarət Sazişi" ni imzalamağı rədd etməsindən sonra bazar günü 100-500 min arasında müxalif qüvvələr, küçələrə axın etmişdi. Paytaxt Kiyevdə, doqquz il əvvəl "narıncı inqilabın" keçirildiyi məşhur Müstəqillik Meydanını dolduran izdiham və polis arasında dünən də qarşıdurmalar yaşanıb. Nümayişçilərin dövlət binasına girməyə çalışması əsnasında kütləyə göz yaşartıcı qaz və dubinkayla müdaxilə edilib. Onlarla etirazçı ilə 165 polis yaralanıb. Digər tərəfdən dünən hökumət və müxalifət liderləri arasındakı danışıqlara başlanacağı açıqlanıb. NATO da şiddətdən qaçınma çağırışı edib.
Sizin Reklam Yeriniz