Əlaqə Arxiv
news Image
2013.12.03
16:50
| A A A
BDU-nun həyətində Rəsulzadənin heykəli ucaldılacaq

"M.Ə.Rəsulzadənin universitetin həyətində heykəl ucaldılması onun adının universitetdə mövcud olması deməkdir"

"Xalq cümhuriyyətinin yaradıcılarının adları əbədiləşdirilməlidir. Onlara heykəllər ucaldılmalı və barələrində kitablar yazılmalıdır". Bunu Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov jurnalistlərə açıqlamasında söyləyib. A.Məhərrəmov, Məhəmməd Əmin Rəsulzadə üçün Universitetin həyətində heykəl ucaldılmasının vacibliyini də bildirib: "M.Ə.Rəsulzadənin universitetin həyətində heykəl uçladılması onun adının universitetdə mövcud olması deməkdir". 


A.Məhərəmov Bakı Dövlət Universitetinin yaranmasında Xalq Cümhuriyyəti liderlərinin rolunun böyük olduğunu da bildirib: "Məhəmməd Əmin Rəsulzadə Universitetin yaranmasında tarixi xidmətlər göstərib". 


A. Məhərrəmli Bakı Dövlət Universitetində M,Ə.Rəsulzadənin anım tədbirlərinin və konfransaların keçirilə biləcəyini də qeyd edib. 

Sizin Reklam Yeriniz