Əlaqə Arxiv
news Image
2013.12.03
16:39
| A A A
Suraxanıda əlillərə xüsusi qayğı var

3 dekabr - Beynəlxalq Əlillər günü münasibəti ilə Suraxanı rayonunda silsilə tədbirlər keçirilmişdir. 30 noyabr 2013-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Yeni Günəşli yaşayış massivində yerləşən "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"ndə musiqili-əyləncəli tədbir keçirilmişdir.

Şənlik iştirakçılarını salamlayan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlətimizin, ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Respublikamızda həyəta keçirilən işlərdən danışmışdır.

Rayon rəhbəri diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cəmiyyətimizin bütün təbəqələrinə, o cümlədən əlil vətəndaşlara daim diqqət və qayğı göstərir. Ölkə başçısının sərəncamı ilə mütəmadi olaraq müxtəlif kateqoriyalardan olan əlillərin müavinətləri artırılır. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır. 05 aprel 2011-ci il tarixdə istifadəyə verilən "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi" də Heydər Əliyev Fondu tərəfindən  inşa edilmişdir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Mərkəzin açılışında iştirak etmişdir. Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqların müalicəsi və reabilitasiyası üçün müalicəvi idman və fiziki tərbiyədən, qum terapiyası üsulundan istifadə edilir.

Tədbirdə Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov dövlətimizin əlil vətəndaşlara diqqətindən, qayğısından, "Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi"nin fəaliyyətindən danışmışdır. 

Çıxış edənlər əlil vətəndaşlarımıza, xüsusi ilə əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşə gələn incəsənət ustaları öz mahnıları ilə görüşü daha da yaddaqalan və mənalı etmişlər. Sonda uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Beynəlxalq əlillər günü münasibəti ilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə eyni zamanda 03 dekabr 2013-cü il tarixdə əmək, müharibə əlilləri,  Çernobıl qəzasının iştirakçıları və müxtəlif səbəblərdən əlil olmuş 150 nəfər  rayon sakini üçün "Bülbülə" şadlıq sarayında da süfrə acılmışdır.

 Tədbirdə çıxış edən  Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov bildirmişdir ki, BMT tərəfindən 1983-1992 illərdə həyata keçirilmiş Əlillər Onilliyinin başa çatması münasibəti ilə BMT Baş Məclisi 1992-ci il oktyabrın 14-də hər il dekabr ayının 3-nün "Beynəlxalq Əlillər günü " kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik probleminin həllinə cəlb etməkdir. Suraxanı rayonunda 9916 nəfər əlil yaşayır. Onlardan 3312 nəfəri sosial əlil, 6604 nəfəri müharibə, əmək, silahlı qüvvələrdə xidmət, Çernobıl qəzası və digər əlil kateqoriyasına daxildir. Bundan əlavə rayonda 920 nəfər 18 yaşına çatmayan əlil yaşayır. Onların hamısına dövlət tərəfindən pensiya və müavinət verilir.Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidentı  cənab İlham Əliyev bu kateqoriyadan olan insanların problemlərinin həlli, onların həyat şəraitnin yaxşılaşdırılması, bu insanların özlərini cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmələri üçün bütün zəruri tədbirləri həyata kecirir. Əlillər dövlətin hərtərfli qayğısı ilə əhatə olunmuşlar. Bu istiqamətdə Suraxanı rayonunda da əlillərin qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütamadi olaqraq zəruri tədbirıər həyata kecirilir.

Çıxış edən əlillər göstərilən diqqətə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Rayonun incəsənət ustaları konsert proqramı ilə çıxış etmişdir. 

3 dekabr - Beynəlxalq Əlillər günü münasibəti ilə 100 nəfər əlilə maddi yardım göstərilmişdir.


Sizin Reklam Yeriniz