Əlaqə Arxiv
news Image
2013.12.03
19:15
| A A A
Azərbaycan və ABŞ arasında İKT sahəsində əməkdaşlığa dair memorandum imzalanacaq

Bu gün Bakıda Azərbaycan-ABŞ İKT forumu keçirilir. Forum dekabrın 2-5-də Azərbaycan paytaxtında keçirilən "Bakutel-2013" beynəlxalq sərgi-konfransı çərçivəsində təşkil olunub.

"APA-Economics"in məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə birinci plenar iclas Azərbaycanın ilk milli süni rabitə peyki və kosmos sahəsi üzrə Azərbaycan-ABŞ tərəfdaşlığında gələcək imkanlar mövzusuna həsr olunub.

 

Həmçinin, forum çərçivəsində "Azərbaycanın İKT sahəsi: ticarət və investisiya imkanları" mövzusunda plenar müzakirələrin aparılması nəzərdə tutulub. Forumda Azərbaycan və ABŞ arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair memorandum imzalanacaq. Sənədi Azərbaycan tərəfindən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ hökuməti tərəfindən beynəlxalq rabitə və informasiya siyasəti üzrə ABŞ koordinatoru Filip Verveyer imzalayacaq.

Sizin Reklam Yeriniz