Əlaqə Arxiv
news Image
2013.12.03
20:15
| A A A
GUAM PA-da sədrlik Moldovaya keçib

GUAM PA-da sədrlik Moldovaya keçib. Bu barədə Azərbaycan Milli Məclisinin GUAM PA-da nümayəndə heyətinin üzvü Elton Məmmədov Tiflisdə başa çatan GUAM PA-nın VI yığıncağında jurnalistlərə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Tiflisdə keçirilən tədbirdə Azərbaycan nümayəndə heyəti fəal iştirak edib və gündəlikdə baxılan məsələlərə münasibət bildirilib: "İclasda ingilis və rus dillərində yekun sənəd qəbul olunub. Qəbul olunan kommunikedə dondurulmuş münaqişələr məsələlərinə də yer verilib".

 

E.Məmmədov GUAM PA-da sədrliyin əlifba sırası ilə Moldovaya keçdiyini bildirib.


Sizin Reklam Yeriniz