Əlaqə Arxiv
news Image
2013.12.03
21:21
| A A A
İstanbulda Xəzər Forumu keçiriləcək

Dekabrın 4-5-də İstanbulda "Çırağan" sarayında Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən Xəzər Forumu keçiriləcək.

 

Forumun təşkilat komitəsindən APA-ya verilən məlumata görə, Forumda Xəzər regionu, Avropa, Türkiyə və Amerikadan müxtəlif qurumların nümayəndələri, araşdırmaçılar və iş adamları iştirak edəcək. Tədbirdə Xəzər bölgəsindəki vəziyyət, dünyanın enerji xəritəsindəki son durum, bu çərçivədə ortaya çıxan xarici siyasət müzakirə olunacaq.

 

Forum "Xəzər bölgəsi Cənub Qaz Dəhlizi", "Xəzər Tranzit Dəhlizi" və "Geniş Xəzər bölgəsinin sərmayə bazarlarının inkişafı" mövzusunda 3 paneldən ibarət olacaq. Tədbirdə TANAP və TAP layihələri də müzakirə olunacaq.

 

Tədbirdə Türkiyənin gömrük və ticarət naziri Həyati Yazıcı, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, "EWE Holding"in Türkiyə İdarə Heyətinin sədri Vilyam Şoeber (Williem Schoeber), Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, nəqliyyat naziri Binəli Yıldırım, daxili işlər naziri Müəmmər Gülər, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, Gürcüstanın enerji naziri Kaxa Kaladze, iqtisadi inkişaf naziri Giorgi Kvirikaşvili, Qazaxıstanın nəqliyyat naziri Əsgər Mamin, Yunanıstan, Rumıniya, Sloveniya və digər ölkələrdən hökumət rəsmiləri çıxış edəcəklər.

 

Qeyd edək ki, "Xəzər Davosu" adlanan bu forumun birincisi 2012-ci ildə İstanbulda, ikincisi isə bu ilin sentyabr ayında ABŞ-ın Nyu York şəhərində keçirilib.


Sizin Reklam Yeriniz