Əlaqə Arxiv
news Image
2013.12.04
11:30
| A A A
Masallıda 6 otaqlı ev yanıb

Evin yanar konstruksiyaları və ev əşyaları yanıb

Bu gecə Masallıda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytında verilən xəbərə görə, yanğın rayonun Şıxlar kəndində (rayon mərkəzindən 11 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m (hər mərtəbəsi 125 kv.m) olan ikimərtəbəli 6 otaqlı evdə baş verib. 


Evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 03:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sizin Reklam Yeriniz