Əlaqə Arxiv
news Image
2012.05.28
12:11
| A A A
BMT TŞ təcili toplantısı keçirilib
Suriyadakı vəziyyətlə əlaqədar mayın 28-nə keçən gecə BMT Təhlükəsizlik Şurasının təcili toplantısı başlayıb

Movqe.Az xəbər verir ki, toplantı Böyük Britaniyanın təşəbbüsü ilə çağırılıb.

Diplomatik mənbələrdən "İTAR TASS"a məlum olub ki, bağlı qapılar arxasında keçirilən toplantıda BMT-nin Suriyadakı müşahidə missiyasının rəhbəri Robert Mud çıxış edərək Houla şəhərində kütləvi qırğın haqqında danışıb.

Məlumatlara görə, Suriyanın Bəşər Əsəd rejiminə sadiq silahlı qüvvələri Houlanı ağır silahlarla atəşə tutb, nəticədə 116 nəfər ölüb, 300 nəfər yaralanıb.

Fransa və İngiltərənin BMT Təhlükəsizlik Şurasında yaydığı bəyanat layihəsində deyilir ki, Suriya ordusu mülki əhalinin yaşadığı rayonları ağır silahlardan atəşə tutur, nəticədə qadınlar və uşaqlar həlak olur. Bəyanatda Houladakı qətliam pislənilir.

Rusiya isə sənədə qarşı çıxaraq tələsməməyə çağırır.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Aleksandr Pankin deyib ki, Təhlükəsizlik Şurası bəyanatla çıxış etməzdən əvvəl baş verənlərə aydınlıq gətirilməlidir. Onun iddiasına görə, Bəşər Əsəd hökuməti Houladakı qırğını araşdırmaq iqtidarında deyil, çünki həmin əraziyə silahlı müxalifət nəzarət edir.

Sizin Reklam Yeriniz