Əlaqə Arxiv
news Image
2013.12.04
12:43
| A A A
İraq "Azərspace-1”-in xidmətindən istifadə etmək istəyir

Torhan Müder Həsən Əl Müfti: "Biz Azərbaycanın süni peykindən istifadə etməklə İraqda bir sıra sahələrdə xidmət göstərə bilərik"

İraq Azərbaycanın ilk telekomunikasiya peyki "Azərspace-1" peyk xidmətlərindən istifadə etmək niyyətindədir. Bunu Bakıda keçirilən Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyanın birinci iclasında, İraqın rabitə və əyalət işləri naziri, komissiyanın həmsədri Torhan Müder Həsən Əl Müfti bildirib.


O deyib: "Biz hazırda "Azərspace-1" peykilə yaxından maraqlanırıq. İraqın da bu qəbildən peyki mövcuddur və biz Azərbaycanın təcrübəsindən yararlana bilərik. Biz Azərbaycanın süni peykindən istifadə etməklə İraqda bir sıra sahələrdə xidmət göstərə bilərik".


Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmzin İraqla təcrübəsini bölüşməyə hazır olduğunu deməklə yanaşı, rəsmi Bağdada Azərbaycanının da iştirak etdiyi bir neçə regional layihələrə, xüsəsən Trans-Avrasiya-Super İnformasiya Magistralı (TASİM) layihəsinə də qoşulmasını təklif edib. (Ans press)

Sizin Reklam Yeriniz