Əlaqə Arxiv
news Image
2013.12.04
13:40
| A A A
Xəzər dənizinin səviyyəsi son üç ildə ardıcıl olaraq enir

"Xəzər dənizinin orta illik səviyyəsi son üç ildə ardıcıl olaraq enir".

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Nazim Əhmədov məlumat verib. Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsi 2010-2011-ci illərdə 9 santimetr, 2011-2012-ci illərdə isə 12 sm enib. N. Əhmədov bildirib ki, hazırda Xəzərin səviyyəsi okean səviyyəsindən 27.5 metr aşağıdır: "2010-cu ilədək Xəzərin səviyyəsinin enməsi ilə suyun səviyyəsinin qalması prosesi də gedirdi. 2010-cu ildən isə ardıcıl enmə müşahidə olunur".

 

Mütəxəssis, Xəzərdə suyun azalmasına müxtəlif amillərin təsir etdiyini deyib: "Burda iqlim faktoru əsas rol oynayır, dəyişkənlik, tektonik amillər, çaylarda suyun səviyyəsinin azalması da təsir edir. Amma 85-90 faiz səviyyənin dəyişməsini formalaşdıran əsas səbəb iqlimdir. Hazırda qlobal istiləşmə gedir. Xəzərə əsas su gətirən Volqa çayının hövzəsində nəmlik, rütubətlik çoxalıb. Son dövrdə, xüsusən son 3 ildə bu faktor azalıb, buxarlanma gedir və səviyyə düşməyə meyllidir".

 

N. Əhmədovun sözlərinə görə, proqnozlar Xəzərdə hazırda enmə dövrünün yaşandığını göstərir.

 

Qeyd edək ki, 1995-ci ildə Xəzər dənizində suyun səviyyəsi ən yüksək həddə çatıb. Ən aşağı səviyyə isə 1977-ci ildə qeydə alınıb.

Sizin Reklam Yeriniz