Əlaqə Arxiv
news Image
2013.12.04
13:20
| A A A
® «Yeni Hayat» Şirkətlər Qrupu «Park Azure» yaşayış kompleksi üzrə ipoteka layihəsinə başlayıb

 "Yeni Həyat" Şirkətlər Qrupu Bakı şəhərinin mərkəzində yerləşən "Park Azure" yaşayış kompleksi üzrə yeni ipoteka layihəsinin icrasına başlayıb.

"APA-Economics"in məlumatına görə, 2002-ci ildən fəaliyyətə başlayan "Yeni Həyat" Şirkətlər Qrupu Azərbaycan inşaat sektorunun liderlərindən biridir. Şirkətin ötən illər ərzində istifadəyə verdiyi bütün layihələr Bakının memarlıq inciləri sayılmaqla yanaşı, yeni yaşam səviyyəsini təqdim edir. Keyfiyyət, dizayn, yerləşmə və kompleksliliyi özünün konseptual əsasları hesab edən "Yeni Həyat" müştəri məmnuniyyətinə də hər zaman böyük diqqətlə yanaşır. Məhz buna görə hər bina, hər layihə nəzərdə tutulduğu müştəri seqmentinə uyğun dövrünün bütün tələblərini özündə əks etdirə bilib. 

Paytaxt infrastrukturunun ən uğurlu hissələrinin birində, Afiyəddin Cəlilov küçəsi,27A ünvanında inşasına başlanılan "Park Azure" yaşayış kompleksi 2, 3, 4 və 5 otaqlı 585 mənzildən ibarətdir. Geniş həyəti, 2 000 avtomobilə qədər yerləşdirmə imkanı olan müasir avtodayanacağı, hipermarketi, kinoteatrı, SPA və fitness mərkəzi, uşaq bağçası və Avropanın ən böyük qapalı əyləncə mərkəzi "Megafun"a keçid ilə "Park Azure" lüks həyatın bütün atributlarını orta sinif üçün əlçatan edir.

Orta sinif nümayəndələri üçün mənzil alışında başlıca amillərdən birinin, hətta, birinicisinin ödəmə şərtlərinin sərfəliliyi olduğunu nəzərə alaraq, şirkət yeni ipoteka layihəsinə start verib. Bu layihəyə görə, "Park Azure"dakı bütün mənzilləri 20% ilkin ödəniş, 10 il müddətinə və illik cəmi 8% kredit şərtləri ilə əldə etmək mümkündür. Üstəlik, sadələşdirilmiş sənədləşmə mənzil sahibi olma arzusunu daha da asanlaşdırır.

Sizin Reklam Yeriniz