Əlaqə Arxiv
news Image
2013.12.04
17:32
| A A A
Bakıda tərbiyəsiz sürücü gördünüzsə...
Bakı şəhərində tərbiyəsiz sürücülərin öhdəsindən gəlməyin yolu tapılıb. Onların öhdəsindən polis və ya hər hansı hüquq-mühafizə orqanı əməkdaşları deyil, vətəndaşlar, sürücülərin özləri gələcəklər. 

Bunun üçün artıq Bakı Siqnal İdarəsinə maraqlı təklif edilib. Vətəndaşlar tərəfindən edilən təklif müsbət qarşılanıb və qəbul olunub.

İdarədən Milli.Az-a bildirildi ki, yol hərəkətini pozan, müxtəlif heyvan səsləri çıxaran avtomobillərin sahiblərini dərhal məsuliyyətə cəlb etmək mümkün olacaq. Əgər kimsə belə hallarla rastlaşarsa, həmin avtomobilin nömrəsini dərhal polisə verə bilər. Bu işin daha operativ və səmərəli olması üçün "qaynar xətt" yaradılacaq. Xuliqanlıq edən avtomobilin nömrəsi "qaynar xətt"ə deyiləcək. Dərhal həmin sürücü barəsində tədbir görüləcək.

Anar Məmmədov
Milli.Az
Sizin Reklam Yeriniz