Əlaqə Arxiv
news Image
2013.12.05
13:20
| A A A
Bakıda qiymət artımına qarşı AKSİYA

Sosial şəbəkələrdə Bakıda qiymət artımına qarşı daha bir etiraz aksiyasının anonsu yayılıb.

Qaynar.info-nun verdiyi xəbərə görə, artıq bununla bağlı facebook-da "Vətəndaş tələbi" adlı xüsusi tədbir səhifəsi də yaradılıb.

Səhifədə aksiyanın dinc xarakter daşıyacağı bildirilir: "08 dekabr 2013-cü il, saat 16:00-da Fəvvarələr Meydanına hər kəsi vətəndaş mövqeyi nümayiş etdirməyə çağırırıq. Hər bir vətəndaş üzərinə heç bir yazı yazılmayan bir və ya bir neçə ağ vərəq götürərək meydana gəlsin! Aksiya dinc xarakter daşıyır, heç bir qurum tərəfindən təşkil olunmayıb. Xahiş edirik ki, hər hansı bir şüar səsləndirilməsin, heç bir plakat qaldırılmasın!"

Aksiya aşağıdakı tələblərlə keçiriləcək:

1. Yanacağın qiyməti təcili endirilsin!

2. Qərarverici və icraedici qurumlara vətəndaş nəzarətinin həyata keçirilmə mexanizmi formalaşdırılsın!

3. Avrointeqrasiya istiqamətində cəsarətli addımlar atılsın!

4. Xaricdə yaşayan azərbaycanlılara qarşı olan irqçiliyə son verilməsi üçün addımlar atılsın!

5. Ölkədə demokratik islahatlar həyata keçirilsin!

Sizin Reklam Yeriniz