Əlaqə Arxiv
news Image
2013.12.05
15:59
| A A A
Azərbaycanda məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşları üçün xüsusi sığorta güzəştləri tətbiq olunur

Azərbaycanın məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarına icbari sığorta ilə bağlı xüsusi güzəştlər verilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" qanunun 7-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılır.

Dəyişikliklərə əsasən, qeyd olunan şəxslərin sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlərin notariusda təsdiq olunması tələb edilməyəcək. Maddədəki müvafiq bəndlərdən tələb olunan sənələr siyahısından "notariat qaydada təsdiq olunmuş" və "notariat qaydasında təsdiq edilmiş" sözləri çıxarılır.

Layihə artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq.


Sizin Reklam Yeriniz