Əlaqə Arxiv
news Image
2013.12.05
16:15
| A A A
Bakıda stomatoloji kabinetdə xəstə iynə vurulduqdan sonra dünyasını dəyişib

Bu gün Bakıda özəl stomatoloji kabinetdə pasiyent ölüb.

47 yaşlı Elçin Məmmədov Bakıda yerləşən "VİP Dental" stomatoloji kabinetində iynə vurulduqdan sonra dünyasını dəyişib. Bu barədə Trend-ə etibarlı mənbədən məlumat verilib.

Faktı təsdiqləyən Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, E.Məmmədovun dişində əməliyyatın aparılması üçün iynə vurulduqdan sonra pasiyentdə anafilaktik şok yaranıb və o dünyasını dəyişib.

Hadisədən 6 dəqiqə sonra təcili tibbi yardım briqadası ünvana gəlsə də, xəstəni xilas etmək mümkün olmayıb.

Xəstənin ölümünə anafilaktik şokun səbəb olduğu təxmin edilir. Hazırda bu məsələ Səhiyyə Nazirliyi, eyni zamanda istintaq orqanları tərəfindən araşdırılır.

A.Qədirli bildirib ki, hər bir stomatoloji kabinetdə şok əleyhinə preparat olmalıdır. SN aparacağı araşdırma zamanı bu kabinetdə şok əleyhinə preparatın olub-olmadığını öyrənəcək.

Sizin Reklam Yeriniz