Əlaqə Arxiv
news Image
2013.12.06
16:10
| A A A
Nazir baytarlıq təbabəti ilə bağlı əmr imzaladı

Əmrdə saxta, keyfiyyətsiz və satışı qadağan olunan bioloji preparatların və digər dərman maddələrinin baytarlıq satışının qarşısını alınması tapşırılıb

Nazir baytarlıq təbabəti ilə bağlı əmr imzalayıb. Kənd Təsərrüfatı Nazirliyinin saytında verilən məlumata görə, son vaxtlar vətəndaşlar və heyvan sahibləri tərəfindən mal-qara arasında dərman maddələrindən zəhərlənmələr, hətta, ölüm hallarının da baş verməsi faktları barədə Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Baytarlıq Xidmətinə daxil olmuş çoxsaylı şikayət və müraciətləri nəzərə alaraq, kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişlərini əsas götürərək Azərbaycan Respublikasının Baş Dövlət Baytarlıq Müfəttişi xanım Sialə Rüstəmova 04 dekabr 2013-cü il tarixində ölkədə baytarlıq təbabatı fəaliyyətini gücləndirmək məqsədi ilə 40 nömrəli əmr imzalanıb.


Əmrdə rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə xidmət etdikləri inzibati ərazilərdə dövlət orqanlarında qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, tərkibi şübhəli, yararlıq müddəti bitmiş, saxta, keyfiyyətsiz və satışı qadağan olunan bioloji preparatların və dərman maddələrinin satışının qarşısını almaq məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirmələri tapşırılır. Həmçinin əmrə əsasən bu sahədə qanunvericliyin pozulmasında təqsirli bilinən hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb edilməsini təmin etmələri, ərazidə qanunsuz fəaliyyət göstərən baytarlıq apteklərinin fəaliyyətinin dayandırılması istiqamətində tədbirlər görmələri tapşırılır.


Eyni zamanda Xidmətin Aparatının Müfəttişlik sektoruna mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisində dərman maddələrinin alqı-satqısı ilə məşğul olan fiziki və hüquqi şəxslərin obyektlərində vaxtaşırı dövlət baytarlıq nəzarətini həyata keçirmələri, obyektlərdə aşkar olunan dövlət qeydiyyatından keçməyən, yararlıq müddəti bitmiş, tərkibi şübhəli, mənşəyi məlum olmayan baytarlıq preparatlarını götürülərək məhv olunmasını təmin etmələri tapşılıb. Eyni zamanda belə hallar baş verən ərazi baytarlıq idarələrinin rəisləri haqqında tədbir görülməsi üçün Dövlət Baytarlıq Xidmətinin rəhbərliyinə təklif verilməsi göstərişi verilib.

Sizin Reklam Yeriniz