Ötən ay Azərbaycanda 3 623 150 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 300 PHS, 14 ədəd tank və 2 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Bu barədə Trend-ə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis, 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 243 833 346 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 687 750-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Goranboy, Gəncə, Lənkaran və Tərtər, eyni zamanda, Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir.