Elmar Məmmədyarov Ukraynda viza məsələsindən danışıb
Xarici işlər nazir Elmar Məmmədyarov Estoniya və
Finlandiyadan olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,
ATƏT-in Nazirlər Şurasının 20-ci iclasında iştirak etmək məqsədilə
Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov Estoniya və
Finlandiyadan olan həmkarları ilə ikitərəfli görüşlər
keçirib
Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və Aİ-Azərbaycan münasibətləri müzakirə edilib. Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında Sazişin imzalanması yüksək qiymətləndirilib.
Nazir Elmar Məmmədyarov Ermənistan Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqda qarşı tərəfə məlumat verib.