Əlaqə Arxiv
news Image
2013.12.06
17:05
| A A A
Prokuror Qurban Məmmədova 3 il həbs cəzası verilib

Milli Şuranın üzvünə 3 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə proses başa çatıb.

Ans press-in verdiyi xəbərə görə Qurban Məmmədova hökm oxunub. O, yol hərəkəti qaydalarını pozma və ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Qurban Məmmədov bu il iyunun 4-də tutulub.


1959-cu ildə Naxçıvan Muxtar Respublikasında anadan olan Qurban Məmmədov Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Milli azadlıq hərəkatının fəallarındandır. Uzun illər vəkilliklə məşğul olub, siyasi fəaliyyət göstərib, bir neçə dəfə həbsdə yatıb.


Sizin Reklam Yeriniz