Əlaqə Arxiv
news Image
2013.12.09
11:03
| A A A
Gəncədə tələbə dəm qazından zəhərlənib

Gəncə Dövlət Universitetinin tələbəsi dəm qazından zəhərlənib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, birinci kurs tələbəsi, 18 yaşlı Mingəçevir şəhər sakini Aynurə Məmmədova ağır zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Tələbəni xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, 18 yaşlı A. Məmmədova Gəncədə kirayə yaşadığı evin vanna otağında çimərkən dəm qazından zəhərlənib. 


Sizin Reklam Yeriniz