Əlaqə Arxiv
news Image
2013.12.09
11:30
| A A A
Təhlükəli virusla bağlı növbəti monitorinq başladı

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti  (DBX) "quş qripi"nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayaraq ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. DBX-nın mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, bu gündən növbəti monitorinqə start verilib. Monitorinq DBX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Nəzarəti tədbir köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.  Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinqin nəticələri dekabrın 20-də ictimaiyyət üçün açıqlanacaq.  DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırıb ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandır. Qeyd edək ki, hazırda "quş qripi" xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.

Sizin Reklam Yeriniz