Əlaqə Arxiv
news Image
2013.12.09
12:13
| A A A
Göygöl rayonunda 46 yaşlı kişi qisasçılıq zəminində güllələnərək qətlə yetirilib

Azərbaycanda 46 yaşlı kişi güllənərək qətlə yetirilib.

Göygöl Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Qızılca qəsəbəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Yasin Sabir oğlu Həsənov qisas zəminində 1967-ci il təvəllüdlü Elçin Rəcəb oğlu Həsənovu qoşalülə tüfənglə gülləyərək qətlə yetirib.

Hadisəni törədən Y. Həsənov tutulub.

Prokurorluqdan verilən məlumata görə, E. Həsənov 9 il qabaq Yasinin qardaşını qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz