Əlaqə Arxiv
news Image
2013.12.09
13:19
| A A A
Küveyt etirazçıları cərimələndi
Yüzlərlə etirazçı binaya daxil olaraq Baş nazir Şeyx Nasser əl-Məhəmməd əl-Sabahın hakimiyyətdən getməsini tələb edib.

Movqe.Az BBC-yə istinadən xəbər verir ki, aralarında 9 keçmiş millət vəkilinin də olduğu 7 müxalifətçi aktivist 2011-ci ildə Qalf ştatında, parlamentdə yaranan qarışıqlığa görə pul ödəyib. Yüzlərlə etirazçı binaya daxil olaraq Baş nazir Şeyx Nasser əl-Məhəmməd əl-Sabahın hakimiyyətdən getməsini tələb edib. Nümayişçilər bütün həftə boyu parlament binası qarşısında etiraz aksiyası keçirib. Şeyx Nasser 2 həftə sonra istehfa vermiş, yeni hökümət formalaşmış, yeni seçkilər keçirilmişdi. Küveyt Parlamenti Qalfda seçilmiş azsaylı seçki orqanlarından biridir. Küveytin kütləvi etiraz aksiyalarında devrilmiş Misir Prezidenti Hüsnü Mübarək və Tunisialı Zine əl- Abedine Ben Ali kimi təcrübəsi yoxdur. Buna baxmayaraq, müxalif qruplar  Küveyt hakimiyyətindəki korrupsiyaya qarşı etiraz edir və siyası azadlıqlarını geri almaq üçün yeni cəhdlərə hazırlaşır.

 

Sizin Reklam Yeriniz