Əlaqə Arxiv
news Image
2013.12.09
13:26
| A A A
Bakıda naməlum avtomobil iki avtobusa çırpılıb

Bakıda sərnişin avtobusları qəza törədib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də saat 20:00 radələrində Nərimanov rayonu Z.Bünyatov prospektində müəyyən edilməmiş avtomobillə 194 və 82 saylı xətt avtobusları toqquşub. 82 saylı xətt avtobusunun sərnişini, Bakı şəhər sakini Tural Abdullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə  buraxılıb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Sizin Reklam Yeriniz