Əlaqə Arxiv
news Image
2013.12.09
16:59
| A A A
Yaxın 2-3 gündə Azərbaycanda 10-15 dərəcə şaxta olacaq

Bakıda və Abşeron yarımadasında gözlənilən, dəyişkən və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq

Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şərati davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 09-dan 10-na keçən gecə və səhər hava şəraitinin çiskinli, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.Havanın temperaturun gecə 0-4, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.


Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, cənub və şərq rayonlarında isə az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, bəzi yerlərdə 10-15 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.


Tibbi meteoroloji proqnoz görə, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında gözlənilən, dəyişkən və güclü küləkli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Sizin Reklam Yeriniz