Əlaqə Arxiv
news Image
2013.12.09
20:27
| A A A
Səlim Müslümovdan daha bir - YENİLİK
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə mənzil alanların və növbədə duranların siyahısı açıqlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi daha bir neçə tədbirlər ictimailəşdirilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə mənzil alanların və növbədə duranların siyahısı açıqlanıb.

Bundan başqa, nazirlik həm də avtomobil alanların və növbədə duranların siyahısını da açıqlayıb.

Beləliklə də artıq hər bir kəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet saytında yerləşdirilən siyahıya baxmaqla orada tanıdığı şəxsin adının olub-olmadığını görə biləcək.  

Qeyd edək ki, bundan öncə Səlim Mülsülmüovun göstərişi ilə ünvanlı dövlət sosial yardımı alanların da siyahısı ictimailəşdirilmişdi. 

Bu addımları ilə yeni nazir  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bundan sonra daha şəffaf işləyəcəyini nümayiş etdirib.

Sizin Reklam Yeriniz