Əlaqə Arxiv
news Image
2012.05.29
16:16
| A A A
Şəkil çəkmək qadağan edilib

Movqe.Az xəbər verir ki, NATO çarəni qarşıdurma baş verən bölgələrdə hər cür görüntülərin çəkilməsini qadağan etməkdə tapıb.

Helmanddakı ISAF komandirliyindən nəşr olunan əmr, aralarında 15 min 800 amerikalı piyada dənizçilərin də olduğu 36 min əsgərə aid edilib.

Əmrin sahibi ISAF komandiri general-mayor Çarles Qurqanus, əsgərlərin Taliban xadimlərinin cəsədləri ilə fotoşəkillər çəkdirmələrinin "pis bir fikir" olduğunu söyləyib.

Fevral ayında piyada dənizçilərin öldürdükləri Taliban xadimlərinin cəsədləri ilə çəkdirdikləri video geniş əks-səda yaradıb və ABŞ Müdafiə Naziri Leon Panetta bu hadisə ilə bağlı çıxış etmək məcburiyyətində qalıb.

Aprel ayında Əfqanıstanda bir əsgər "Los Angeles Times"a ABŞ əsgərlərinin Taliban xadimlərinin cəsədləri ilə çəkdirdikləri fotoşəkilləri göndərib.

Məlumata görə, qadağanın tək səbəbi bu skandallar deyil. Qarşıdurma zamanı, xüsusilə, əsgərlərin kaskalarına taxdıqları kameralarla çəkdikləri görüntülər kəşfiyyat problemlərinə də səbəb olur.

Bu görüntüləri izləyən Taliban xadimləri hadisə zamanı ABŞ əsgərlərinin necə hərəkət etdiyini "Youtube"dan izləyir və düşmənini daha çox yaxından tanıma fürsəti tapır.

Qadağa ilə birlikdə hadisə baş verən bölgələrdə yalnız icazə verilən əsgərlər fotoşəkil çəkə biləcək. 

Sizin Reklam Yeriniz