Əlaqə Arxiv
news Image
2013.12.10
15:16
| A A A
Gəncə məktəbliləri qaliblər sırasındadır

Azərbaycanda ilk dəfə IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və "Panasonic Marketinq MDB"nin dəstəyi ilə məktəblilər arasında keçirilən "Eco Picture Diary 2013" ("Eko Rəsm Gündəliyi 2013") müsabiqəsinə Gəncə məktəbliləri də böyük həvəslə qoşuldular və bu müsabiqə şagirdlər arasında geniş maraq doğurdu.

Gəncə şəhər İcra Hakimiyyətindən Mövqe az-a verilən məlumata görə, ənənəvi olaraq bu müsabiqə də Gəncədə yüksək səviyyədə keçirilib və qaliblər müəyyən olunub.

Bu gün paytaxt Bakıda Heydər Əliyev Mərkəzində "Eko rəsm gündəliyi" beynəlxalq müsabiqəsinin milli mərhələsinin qalib və finalçılarının mükafatlandırılma mərasimi keçirilib. Fərəhli haldır ki, Gəncə şəhərinin məktəblilərindən 4 nəfəri finalçılar sırasındadır.

Münsiflər heyətinin qərarı ilə milli qalib seçilmiş Bakı Avropa Liseyinin şagirdi, 11 yaşlı Fuad Soltanova, eləcə də 19 finalçıya sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

İDEA-nın layihə direktoru Anara İsmayılova bildirib ki, həyata keçirilən layihə başlanğıcdır və yeni ildən etibarən digər təhsil layihələrinin icrasına başlanılacaq.

Sizin Reklam Yeriniz